Türkiyə təhlükəsizlik qüvvələri üçün yeni ASLAN| ASELSAN-dan növbəti insansız quru platforması

2023/08/2023--1692604006.jpg
Oxunub: 4092     17:32     21 Avqust 2023    
ASELSAN tərəfindən hazırlanan Orta Sinif İnsansız Quru Platforması (İQP) “Aslan” öz imkanlarını Türkiyə təhlükəsizlik qüvvələrinə təqdim etməyə hazırdır. “Aslan” kəşfiyyat, müşahidə, hədəf aşkarlama icra edə bilir və “Sarp-L” silah sistemi ilə çəkindirmə təmin edir.

Sınaqları uğurla başa vurduqdan sonra ilk dəfə TEKNOFEST Samsun-da təqdim edilən “Aslan” İQP 2021-ci il noyabrın 9-da Ankarada FNSS şirkətinin əsas kampusunda keçirilən İnsansız Quru Platformaları və Hərbi Robotik Texnologiyalar Mərasimində bacarıqlarını nümayiş etdirdi.

Orta Sinif İnsansız Quru Platforması “Aslan”

Dayanıqlı vasitə platformasına malik olan “Aslan”a müxtəlif tapşırıqlar üçün xüsusi faydalı yüklər inteqrasiya oluna bilər. “Aslan” 800 metrə qədər simsiz rabitə mənzilinə malik olmaqla yanaşı, GSM şəbəkəsi üzərindən də idarə oluna bilir. “Aslan” platformasında əsas silah kimi ASELSAN məhsulu olan “Sarp-L” Uzaqdan İdarə Edilən Stabilləşdirilmiş Silah Sistemi istifadə olunur.

“Aslan” idarəetmə konsolu ilə uzaqdan idarə oluna bilir, həmçinin çətin ərazi və ətraf mühit şəraitində avtonom xüsusiyyətləri sayəsində operatora ehtiyac olmadan keçilə bilən sahələri aşkar edərək avtonom şəkildə hərəkət edə bilir. Elektrik mühərriki ilə hərəkət edən “Aslan” saatda 10 km-ə qədər missiya sürətinə çata, 60 sm-ə qədər xəndəkləri keçə, 60% şaquli və 30% yan yamaclarda hərəkət edə bilir.

Texniki xüsusiyyətlər

En: 135 sm
Uzunluq: 165 sm
Hündürlük: 140 sm
Çəki: < 700 kq
Maksimum sürət: 10 km/saat
Fəaliyyət göstərmə müddəti: 4+ saat (tapşırıqdan asılıdır)
İşləmə temperaturu: -20°C - +49°C
Mühərriik sistemi: Elektrik mühərrik
Faydalı yüklər: “Sarp-L” Silah Sistemi, Yük səbəti, Elektriklə təkmilləşdirilə bilən dirəkli nəzarət sistemi

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Aslan   ASELSAN  


Bizi "telegram"da izləyin